02.02.2017

Məktəb rəhbərlərinin nəzərinə !! "Lidiçe 2017 , 45-ci Beynəlxalq Uşaq Təsviri İncəsənət Sərgisi" keçiriləcək.

Faşistlər tərəfindən qətlə yetirilmiş uşaqların habelə müharibələrdə həlak olan bütün uşaqların xatirəsinə həsr olunmuş "Lidiçe 2017, 45-ci BUTİ sərgisi "keçiriləcək.Sərgi Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Çexiya Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən  daxil olmüş məktuba istinadən Çexiyada keçiriləcək.

Sərginin  4-16 yaşlı uşaqlar arasında kecirilməsi nəzərdə tutulub..Fiziki qüsurlu uşaqlara yaş məhdudiyyəti qoyulmur.

Tabeliyinizdə olan məktəblərdə şagirdləri məlumatlandırmaq sizə tapşırılır.

Sərgi haqqında əlavə məlumatı RTŞ-dən əldə edə bilərsiz.