16.01.2017

Respublika fənn olimpiadalarının birinci - rayon mərhələsi keçirildi.

Ağdaş rayon ümumtəhsil məktəblərinin IX,X,XI sinif şagirdləri arasında riyaziyyat, fizika, kimya, biologiya ,tarix,coğrafiya,Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə Respublika fənn olimpiadalarının ik rayon mərhələsi keçirildi.Olimpiadada şəhər və kənd ümümtəhsil məktəblərinin,TNT təmayüllü qimnaziyanın və "İstək" liseyinin-ümumilikdə 463 çagirdi iştirak edirdi

Olimpiada başlamazdan öncə olimpiada iştirakçıları, nəzarətçi müəllimlər, məktəb rəhbərləri, fənn müəllimləri və valideynlərin iştirakı ilə qısa müddətli toplantı keçirildi.Toplantını giriş sözü ilə RTŞ-nin müdiri Hürü Əliyeva açdı.O tədbir iştirakçılarını salamladı və qeyd etdiki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı üşaqların aşkar edilməsi ,onlarda  fənlərə olan marağın artırılması ,bilik və bacarıqlarını göstərməkdə yardım etməkdir.o uşaqlara olimpiadanın aparılması qaydaları və reqlamenti haqqında məlumat verdi.

Hürü Əliyeva olimpiada iştirakşılarına  uğurlar arzuladı.

Sonra şagirdlər öncədən onlara hazırlanmış sinif otaqlarında öz yerlərini aldılar.Saat 10.00-da başlayan olimpiada reqlament üzrə davam etdirildi.