16.01.2017

Yeniyetmə və Gənclərin XI-ci ümumrayon spartakiadasının qalibi bəlli oldu.

Ağdaş rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  Umummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü il dönümü münasibətilə Yeniyetmə və Gənclərin XI ümumrayon spartakiadası proqramına daxil olan idmanın şahmat növü üzrə yarışlar  keçirildi. Bu yarışda II yerə  M.Şeyxzadə adına TNT fənləri təmayüllü  üzrə   gimnaziyanın 1-ci sinif şagirdi -2016-cə il oktyabr ayında müəllim gününə həsr edilmiş yarışda  və  6-8 yaşlı yeniyetmə oğlan və qızlar arasında keçirilən rayon turnirində 1-ci yerə layiq görülmüş, noyabr ayında keçirilən təsnifat turnirində qalib olaraq III-cü dərəcəli şahmatçı adına layiq görülən -Əmirli Zəhra Vüqar qızı layiq görüldü.  Balaca şahmatçımız medal və diplomla təltif olundu.

Şahmatçımıza yeni nailiyətlər  arzulayırıq!!