24.01.2017

Ağdaş rayon təhsil işçiləri Şəhidlər xiyabanını ziyarət etdi

Qəstimizə durdular,

Sinəmizdən vurdular, 

Günahsızdıq, qırdılar-

İyirmi Yanvar günü!

 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilməmiş yeridilmiş, dinc əhaliyə qarşı divan tutulmuş ,yüzlərlə insan qətlə yetirilmiş ,yaralanmış, itkin düşmüşdür.Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 131 nəfəri amansızcasına qətlə yetirmiş, 744 nəfər isə ölümcül yaralamışdır.

SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır.Qabaqcadan düşünülmüş və hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq ,xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

20 Yanvar faciyəsinin qurbanlarından biri Ağdaş rayonunda anadan olub boya başa çatmış Müşviq Ağaəli oğlu İsayevdir. 

 Rayonun ən böyük müəssisələrindən biri Müşviq İsayevin adını daşıyır.Müşviqin adı əbədiləşən bu məktəbdə 1990-cı ilin 20 yanvar tarixindən hər il onun xatirəsinə həsr olunmuş tədbir hazırlanıb keçirilir.

20 yanvar- hüzn günündə bütün rayon içctimaiyyəti o cümlədən  təhsil işçiləri və məktəblilər şəhidləri ziyarət etdilər , qəbirlərinin üstünə tər çiçəklər düzdülər.

Bəla var başımızda

Dil açdı daşımız da

Qaldı yaddaşımızda

İyirmi yanvar günü!