24.01.2017

Respublika fənn olimpiadalarının rayon mərhələsinin qalibləri bəlli oldu.

Ağdaş rayon ümumtəhsil məktəblərinin IX- XI sinif  şagirdləri arasında keçirilən Respublika fənn olimpiadalarının rayon mərhələsinin  nəticələri bəlli oldu.

Olimpiadada öz bilik və bacarığını sınayan  463 şagirdin 98 nəfəri  yarımfinala vəsiqə qazanaraq qalib oldular.Qaliblər arasında  bir nəfər - Ləki qəsəbə 6 saylı tam orta məktəbin X sinif şagirdi Abdullazadə Tuqay Səbuhi oğlu riyaziyyat fənnindən ən yüksək -100 %  nəticə göstərərək qalibərin siyahısına liderlik edir. Bundan başqa qaliblərdən  4 nəfər -96%, 22 nəfər-80-90%,70 nəfəri isə -65-80% toplayaraq mart ayında keçirilməsi nəzərdə tutulan yarımfinala vəsiqə qazanmışlar.

Yarımfinala vəsiqə qazanmış bütün şagirdlərimizə uğurlar arzulayırıq !!!