01.02.2017

Bu ilin Müşviq təqaüdçüləri bəlli oldu.

Hər il olduğu kimi 2017- ci ilin yanvarın 30-da Ağdaş şəhər Müşviq İsayev adına tam orta məktəbdə 20 yanvar şəhidi - Müşviq Ağali oğlu İsayevin adına təsis edilmiş  "Müşviq" təqaüdünün təqdimat mərasimi keçirildi.

Təqaüdü Şəhidin qardaşı -  Milli Olimpiya Komitəsinin vitse prezidenti , Əməkdar idman ustası ,Dünya və Avropa çempionu -Xəzər İsayev təsis etmişdir. Hər il məktəbin 40 əlaçı fəal şagirdinə bu təqaüd şamil edilir.

12 il müddətində Müşviq İsayev adına təqaüd məktəbin 480 şagirdinə təqdim edilib.

Təqdimat mərasimində şəhidin anası İzafə İsayeva, məktəb rəhbərliyi, müəllim kollektivi və valideynlər iştirak edirdi.Təqaüdləri əlaçı şagirdlərə İzafə İsayeva şəxsən təqdim etdi və bundan böyük qürur hissi keçirtdiyini söylədi. 

Təqdimat mərasimindən sonra şagirdlər Azərbaycana , şəhidlərimizə həsr olunmuş şerlərlə çıxış etdillər. Şəhid Müşviq İsayevin büstünün önündə  xatirə şəkilləri çəkdirdilər.