08.09.2017

07.09.2017 -ci il tarixdə Ağdaş rayon Təhsil işçilərinin konfransı keçirilib

 

      07 Sentyabrda Ağdaş şəhər Heydər Əliyev adına mərkəzdə Rayon təhsil işcilərinin Konfransı keçirilib.Konfransda Ağdaş rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov, Respublika Təhsil Nazirinin müavini cənab Firudin Qurbanov. təhsil işçiləri, 600 baldan yuxarı nəticə göstərərək Respublikanın Ali məktəblərinə daxil olan məzunlar və bir çox qonaqlar  iştirak edib.

     Konfrans iştirakçıları ümümmilli lider Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun xatirəsinini ehtiramla yad etdilər. 

     Sonra iştirakçılar Rayon məktəblilərinin təşkil etdiyi  "Bilik sərgisi" maraqla qarşılanib

      Konfransın plenar içlasını giriş sözü ilə .RTŞ müdiri Hürü Əliyeva  açdı. Hürü Əliyeva "2016-2017-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr" haqqında geniş məruzə etdi.

     Ağdaş Rayon İçra hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov çıxış edərək rayon Təhsil işçilərini təbrik etdi,  təhsilə verilən diqqət və qayğıdan , rayon təhsilində  son bir ildə olan nəticələrdən danışdı.

    Söz Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudun Qurbanova verildi.  O ilk öncə Konfrans iştirakçılarını təbrik etdi.Ağdaş təhsilinin nailiyətərindən ,müəllimlərin diaqnostik qiymətləndirilmə nəticələrindən danışdı .

Kotavan kənd tam orta məktəbin sinif müəllimi Abduləzizova İlhamə, Yuxarı Ləki kənd tam orta məktəbin riyaziyyat müəllimi Jalə İsmayilova , M.İsayev adına məktəbin direktoru Ədilxan Ədilov və digərləri çıxış edərək bütün Təhsil işçilərini yeni dərs ili münasibətilə təbrik etdilər.

600 baldan yuxarı nəticə göstərərək  Respublikanın müxtəlif Ali məktəblərinə daxil olan məzunları Rayon İcra hakimiyyətininh başçısı  cənab Tofiq İbrahimov  qiymətli hədiyyələrlə təbrik etdi