21.09.2017

15 sentyabr -Bilik günüdür 

 

      Bilik günü məktəb həyatına qədəm basan   birincilər üçün səbirsizliklə , sevinc və hayacanla gözlənilən xüsusi qayğı və məmnuniyyətlə  təntənəli şəkildə qarşılanacaqları bir gündür. 

      Bu gün bütün Ağdaş rayon məktəblərindədə böyük coşqu və təntənə var  idi. Azərbaycan Respublikası Təhsil naziri cənab Mikayıl Cabbarovun əmrinə əsasən Sentyabr ayının 15 -Bilik günü və ilk dərs "Cocuqmərcanlı - tarixi qayıdışın başlanğıcı"mövzusuna həsr edildi.

     Bu gün bütün müəllimlər ilk dərsini "Aprel döyüşləri və ya Dördgünlük müharibə" mövzusuna həsr elədilər— 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə. Dördgünlük müharibə zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyə nəzarəti ələ keçiriblər .Döyüşlər nəticəsində, Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Madagiz istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etdi

Hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin 88 hərbi qulluqçusu həlak olub, 1 Mi-24 helikopteri vurulub və 1 tank mina partlayışı zamanı sıradan çıxıb.Döyüşlərdə ermənilərə məxsus 30 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, 320 döyüşçüsü öldürülüb və 500-dən artıq döyüşçüsü yaralanıb....Bu bizim Qəhramanlıq tarixçəmizdir.Bu tarixi qayıdışın başlanğıcıdır.

    2017-2018-ci dərs ilinin Ümumi təhsildə keyfiyyət ili elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası ilə əlaqədar bütün məktəblərdə plan tutlmuş, işraçılar təyin edilmişdir.

    Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək rayonumuzda  bir  çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilibəsaslı təmir olunub.

 

Hörmətli həmkarlar , əziz məktəblilər 

Yeni dərs iliniz mübarək.