22.09.2017

2017-2018-ci dərs ilinin "Ümumi təhsildə keyfiyyət ili"elan edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası ilə bağlı Ağdaş rayon Təhsil Şöbəsinin "Tədbirlər planı" tərtib edildi.

        Ağdaş RTŞ - nin 29.08.2017- ci 05.09.2017-ci

         il tarixli, 80 №-li əmri ilə təsdiq edilmişdir.

         2017-2018-ci dərs ilinin “ Ümumi təhsildə keyfiyyət ili ” elan

         edilməsi ilə əlaqədar nəzərdə tutulan tədbirlərin icrası

          ilə bağlı Ağdaş rayon Təhsil Şöbəsinin

                                                                                                  T ə d b i r l ə r   p l a n ı

1 2017-2018-ci dərs ilinin “Təhsildə keyfiyyət ili” elan edilməsi barədə Təhsil Nazirliyinin əmri ilə bağlı maarifləndirmə işlərinin aparılması . Sentyabr RTŞ

1.1 Şura iclaslarında bu əmrin məzmununun məktəb rəhbərlərinə çatdırılması , yeni dərs ilinin “ Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyətinin izah olunması . Sentyabr RTŞ

1.2 Nazirliyin həmin əmrlə təsdiq edilmiş Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin, habelə “il” çərçivəsində “Pedaqoji mühazirələrin” keçiriləcəyi haqda məlumatın məktəb rəhbərlərinə elan edilməsi və bunlara uyğun olaraq qarşıda duran vəzifələrin müzakirə edilməsi . Sentyabr RTŞ

1.3 Əmrin əlavələrlə birlikdə çoxaldılıb məktəb rəhbərlərinə çatdırılması, məktəb pedaqoji şuralarında eyni məzmunlu müzakirələrin keçirilməsinin təmin olunması Sentyabr RTŞ

1.4 Fəaliyyət planından irəli gələn məsələlərlə bağlı Təhsil Şöbəsinin və hər bir məktəbin tədbirlər planının hazırlanıb təsdiq olunması Sentyabr RTŞ

1.5 Yerli KİV-lərdə yeni dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunması və bununla əlaqədar müəyyən edilən vəzifələr haqqında ictimaiyyətə məlumat verilməsi . Sentyabr RTŞ

2 2016-2017-ci dərs ilinin nəticələrinin təhlili . Sentyabr – oktyabr RTŞ

2.1 Hər bir ümumi orta və tam orta məktəbdə buraxılış imtahanlarının nəticələrinə görə qeyri-müvəffəq nəticə göstərən şagirdlərin uğursuzluqlarının səbəblərinin aydınlaşdırılması müvəffəq qiymət alanların ümumi sayından keyfiyyətli nəticə göstərən ( yüksək bal toplayan “5” və “4”-“5” alanlar) şagirdlərin faiz hesabı ilə müəyyənləşdirilməsi . Sentyabr – oktyabr RTŞ

2.2 Son 3 dərs ilində buraxılış imtahanlarında şagirdləri davamlı olaraq zəif nəticə göstərən məktəblərin müəyyən olunması . Sentyabr – oktyabr RTŞ

2.3 Buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə görə rayon ümumtəhsil məktəblərinin reytinq cədvəlinin hazırlanması . Sentyabr – oktyabr RTŞ

2.4 Məzunların ali məktəblərə qəbulunun son 5 il üzrə nəticələrinə görə , həmin müddət ərzində məzunlarından qəbul üçün sənəd verməyən , sənəd Sentyabr – oktyabr RTŞ

verdiyi halda məzunları qəbul olmayan məktəblərin dəqiqləşdirilməsi, yaranmış mövcud vəziyyətin səbəblərinin araşdırılması və təkliflərin müəyyənləşdirilməsi .

2.5 Məktəblər üzrə əlaçı şagirdlərin statiskasının aparılması. Şagirdlərin ümumi sayına nisbətdə ümumi orta və tam orta təhsil səviyyəsində əlaçı şagirdlərin habelə bütün fənlərdən “5” – “5” qiymətlərlə oxuyanların faizi . Yalnız “3” qiymətlə oxuyan şagirdlərin faizi 80-dən artıq olan məktəblər. Sentyabr – oktyabr RTŞ

2.6 Ümumi orta və tam ort məktəblərin hər biri üzrə ayrılıqda olmaqla buraxılış sinif şagirdlərinin ümumi sayından tədris dilindən, riyaziyyat, fizika, kimya, biologiya, xarici dil, coğrafiya, Azərbaycan tarixi , informatika fənlərindən illik “3” qiymət alanların sayı və faizi bu göstəriciyə görə məktəblərin sıralanma cədvəlinin tərtibi . Sentyabr – oktyabr RTŞ

2.7 Şagirdləri fənn olimpiadalarında iştirak etməyən və iştirak etdiyi halda zona yaxud yekun turuna çıxmayan məktəblər, yaranmış vəziyyətin səbəblərinin araşdırılması. Sentyabr – oktyabr RTŞ

2.8 1.2.1-1.2.7-ci bəndlər üzrə aparılmış təhlillərin nəticələrinin müzakirəsi və müvəffəq qərarların qəbulu. Sentyabr – oktyabr RTŞ

3 2017-2018-ci dərs ilində həyata keçirilməsi və nəticələri baxımından əməli təkliflərin hazırlanmasını zəruri edən tədbirlər . Sentyabr – oktyabr RTŞ

3.1 Təhsilin keyfiyyəti aşağı olan məktəblərdə fənn müəllimlərinin , xüsusilə də ibtidai sinif müəllimlərinin elmi-nəzəri və peşəkarlıqsəviyyəsinin habelə məktəbdaxili nəzarət və rəhbərliyin təşkili vəziyyətinin monitorinqinin keçirilməsi . Yanvar-fevral RTŞ

3.2 İbtidai siniflərdə və buraxılış siniflərdə şagirdlərin mövcud tələblərə uyğun qaydada oxu yazı və riyazi bacarıqlarının öyrənilməsi . Dekabr –aprel RTŞ

3.3 Seçmə yolla zəruri hesab edilən məktəblərdə tədris dili və riyaziyyat, habelə digər fənlərin tədrisi vəziyyətinin yoxlanması . Dərs ili ərzində RTŞ

3.4 Buraxılış sinif şagirdləri üçün imtahan fənlərindən məktəblərdə əlavə məşğələ saatlarının təşkili . Qrafik üzrə müəyyən edilmiş vaxtlarda müəyyən edilmiş müddətlərdə RTŞ

3.5 Yeni fənn proqramlarının ( kurikulumlarının) mahiy-yətinin və şagird nailiyyətlərinin qiymətləndirilməsinin ümumi təhsilin müasir mərhələdə məqsəd və vəzifələrinin inkişafyönlü təlim texnologiyalarının tətbiqi barədə öyrədici təlimlərin təşkili . Qrafik üzrə müəyyən edilmiş vaxtlarda müəyyən edilmiş müddətlərdə RTŞ

3.6 Qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği sahəsində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə qabaqcıl müəllimlərin iştirakı ilə təqdimatların, seminar və dəyirmi masaların keçirilməsi Müntəzəm Metod kabinet

3.7 Seçmə yolla təmayüllü siniflərdə təhsilin təşkili və şagirdlərin təlim nailiyyətlərinin , müəllimlərin fəaliyyətlərinin araşdırılması . Dərs ili ərzində 2 dəfədən az olmayaraq RTŞ

3.8 Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması sahəsində görülən işlər haqqında məktəb rəhbərlərinin hesabatının dinlənilməsi . Dekabr mart RTŞ

3.9 Təhsilin keyfiyyətinin artırılmasında və şagirdlərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsində dərsdənkənar tədbirlərin imkanlarından səmərəli istifadə olunmasının təmin edilməsi . Dərs ili ərzində Metod kabinet

3.10 Məktəblərdə istedadlı şagirdlərlə aparılan işlərin vəziyyətinin araşdırılması, hər bir məktəbdə eləcə də rayon üzrə istedadlı şagirdlərdən ibarət məlumat bankının yaradılmasının təmin edilməsi, müxtəlif sahələr əhatə olunmaqla istedadları ilə fərqlənən şagirdləri aşkara çıxarmaq üçün kiçik olimpiada müsabiqə və yarışların təşkili . Noyabr, müəyyən olunmuş vaxtlarda Məsləhətçilər və metodistlər

3.11 Valideynlərlə pedaqoji əməkdaşlığın gücləndirilməsi övladlarının təlimə münasibəti və nailiyyətləri, eləcə də ümumi təhsildə baş verən yeniliklər haqda onların daim məlumatlandırılması , məktəblərdə valideynlər üçün “Açıq qapı” günlərinin keçirilməsi Müntəzəm Ümumtəhsil məktəblərinin rəhbərləri

3.12 Məktəblər üzrə keyfiyyət göstəricilərinin ötən dərs ili ilə müqayisədə dinamikasını əks etdirən cədvəlin hazırlanması . Yanvar - iyun RTŞ