28.09.2017

Ağdaş RTŞ-nin 2017-2018-ci tədris ili üzrə fəaliyyət devizi

      Ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq və bu prosesdə yerli təhsili idarəetmə orqanlarının, məktəb pedaqoji kollektivlərinin imkanlarını səfərbər etmək məqsədilə Azərbaycan Respublikasının təhsil naziri cənab Mikayıl Cabbarovun 28 avqust 2017-ci il tarixli 261 nömrəli əmri ilə 2017-2018-ci dərs ili “Ümumi təhsildə keyfiyyət ili” elan olunmuşdur. 

      2017-2018-ci dərs ilində Ağdaş Rayon Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorlarının iştirakı ilə məktəblər üçün müxtəlif istiqamətlər üzrə 2 nümunədə “Ümumtəhsil müəssisəsinin illik Fəaliyyət Planı” hazırlanmış, icrası ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.. Vahid Fəaliyyət Planının hazırlanmasında məqsəd ümumi təhsilin səmərəlilik və effektivliyinin yüksəldilməsi, şagirdlərin dövrün çağırışlarına uyğun keyfiyyətli təhsillə əhatə olunması, onların cəmiyyətdə tələbyönümlü şəxsiyyət, vətənpərvər ruhlu yetkin vətəndaş kimi tərbiyəsi istiqamətində bütün təhsilalanlar üçün əlverişli təhsil mühitinin və bərabər imkanların yaradılması idi. 
       Yeni dərs ilində mövcud təcrübəyə istinadən hər bir müəssisə illik fəaliyyətin təşkili və idarə olunması istiqamətində fərdi Fəaliyyət Planına əsaslanacaq.
       Təhsildə keyfiyyətə təsir edən əsas amillərdən biri də uşaqların məktəbəhazırlıq mərhələsini keçməklə təlimə başlamasıdır. Ümumi təhsildə keyfiyyəti təmin etmək məqsədilə  Ağdaş Rayon Təhsil İdarəsinin tabeliyində olan bir sıra məktəblərdə  məktəbəhazırlıq kurslarının təşkili pilot layihəsinə start verilmişdir. 
        5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar onların psixoloji dayanıqlığının artırılmasını, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırılmasını, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, bununla da ibtidai təhsilə keçidi asanlaşdırmaq məqsədilə   hazırlıq qrupları yaradılmışdı .

Məlum olduğu kimi, 2017-2018-ci dərs ili üçün ali məktəblərə qəbul imtahanlarının nəticələrində müsbət dinamika müşahidə olunub. Buna səbəblərdən biri də qəbul imtahanlarının iki dəfə keçirilməsi, bununla da abituriyentlərin öz qəbul nəticələrini yaxşılaşdırmaq imkanı qazanmasıdır. Ümumilikdə, yüksək bal toplayan abituriyentlərin sayı artmışAğdaş  məktəblərinin məzunları ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmişlər. Bu il Ağdaş RTŞ tabeliyindəki ümumi təhsil müəssisələrinin 13 nəfər məzunu 600-dən yuxarı ,  69 nəfəri isə 500 dən yuxarı nəticə göstərərək Respublikanın müxtəlif ali məktəblərinə qəbul olaraq tələbə adına layiq görülmüşlər.

        Bu göstərici kecən illə müqaisədə coxdur.Ağdaş Rayon təhsil işciləri bu dərs ilinin şüarını deviz tutaraq 2017-2018-dərs ilini dahada səmərəli başa vuracaqlar

        Əziz həmkarlar və şagirdlər Yeni Dərs İliniz Mübarək.