07.11.2017

9 Noyabr -Dövlət  Bayraq günüdür

  Sənsən Azadlıq eşqim,sənsən Hūrr-deyəcəyəm,
   Ən son nəfəsimdə sənə şeyr deyəcəyəm
   Şuşada Sən qonduğun daşa pir deyəcəyəm
   Cəkəcəyəm gözūmə kölģən dūşən torpağı
   Azərbaycan bayrağı,
   Azərbaycan bayrağı !

 

   Azərbaycan Respublikasının bayrağı — Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biridir. Bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti Nazirlər Şurası  tərəfindən təsdiq edilmişdir. 5fevral 1991-ci ildə bayraq həmin il müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq edilmişdir.

  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycanda hər il Dövlət Bayrağı günü qeyd olunur.

  Ağdaş rayon təhsil işçiləri və məktəbliləri tərəfindən  bu bayramı qeyd etməyə bir neçə gün öncədən start verilib.Bayraq gününə həsr olunmuş rəsm  müsabiqəsi keçirilib. Müsabiqənin qaliblərinin mükafatlandırılması bayram gününə təsadüf edəcək.