13.11.2017

Düzgün qidalanmanın insan orqanizmində əhəmiyyəti

        Bu tədbirdə Qaradeyin kənd tibb məntəqəsinin həkimi,stamatoloqu,  Gəncə şəhərindən gəlmiş qidalanma üzrə mütəxəs həkim və stamatoloqlar , valideyinlər,müəllimlər və şagirdlər iştirak edib                                                                     

        Tədbir iştirakçıları çıxış edərək sağlam həyat tərzinin şərtlərindən biri də düzgün, səmərəli qidalanma olduğu haqqında danışdılar.Məruzəçilər qeyd etdiki ,hər bir insanın yaşaması və fəaliyyət göstərməsi üçün hər gün müəyyən miqdarda enerji lazımdır. Heç bir iş görmədikdə, hətta yuxuda olduqda belə, orqanizmin fəaliyyəti üçün enerji sərf olunur. Bu enerjini biz qəbul etdiyimiz və tərkibi zülallar, karbohidratlar, yağlar, vitamin və minerallardan ibarət olan qida vasitəsi ilə alırıq. Bu qidaların orqanizmdə mənimsənilməsilə enerji əmələ gəlir ki, bu enerji də bizim hər birimizin gün ərzində gördüyü müxtəlif işlərə sərf olunur. Deməli, insanın yaşaması üçün qidalanması vacib şərtlərdən biridir. 
        Bəs qida qəbulu, daha dəqiqi, səmərəli qidalanma necə olmalıdır ki, bizim qəbul etdiyimiz qidaların istər keyfiyyəti, istərsə də miqdarı orqanizmimizə mənfi təsir göstərməsin, əksinə, bizim sağlam yaşamağımıza səbəb olsun? Səmərəli qidalanmanın üç prinsipi var ki, bunlara hər bir insan əməl etməlidir. Bunlardan birincisi insan orqanizmi üçün vacib olan bütün qidalardan istifadə etməkdir. Elə bir qida məhsulu yoxdur ki, insan üçün onun tərkibində yuxarıda qeyd etdiyimiz faydalı olan karbohidratlar, zülallar, yağlar, vitaminlər və minerallar olmasın. Elə qida maddələri var ki, onların tərkibində zülallar daha çoxdur. Bəzilərinin tərkibində isə karbohidratlar və yağlar çoxdur. Meyvə və tərəvəzlər isə vitamin və minerallarla zəngindir. Ancaq tərkibində insan orqanizmi üçün lazım olan müxtəlif ərzaq məhsullarından istifadə etməklə bədəndə bütün orqanların normal işini təmin etmək mümkündür. Çox yeyənlər deyil, ən vacib qidanı qəbul edənlər sağlam ola bilərlər. 

       Tədbirdən hamı razı qaldı və hər il belə tədbirlərin keçirilməsini lazım olduğunu bildirdilər.