13.11.2017

Ağdaşda Dövlət Bayraq Günü qeyd olunub

    9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə  tədbir  keçirilib.

       Əvvəlcə hərbi geyimli məktəblilər Dövlət Bayrağı ilə musiqi sədaları altında zala  daxil oldular, onların ardınca isə “Şahinlər” və “Cəsurlar” komandaları marş sədaları altında öz yerlərini tutdular. Tədbir “Bayraq” şeiri ilə başladı.

     Sonra rayon təhsil şöbəsinin müdiri Hürü Əliyeva tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. O  Azərbaycan Bayrağının keçdiyi şanlı tarixi yoldan danışaraq qeyd etdi ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı üç dəfə, Azərbaycan Sovet Respublikasının bayrağı isə 9 dəfə müxtəlif şəkillərdə tərtib edilmişdir. Nəhayət, 1991-ci ilin fevralın 5-də isə Müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq qəbul edilmişdir.

       Millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdı

      Sonra tədbir rayon məktəbliərinin  hazırladığı konsert proqramı ilə davam etdi