14.11.2017

"Narkomaniya adlı kabusa yox deyirik" mövzusunda tədbir keçirilib


      Yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan vərdişlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması məqsədi ilə nəzərdə tutulmuş işlər çərçivəsində Ağdaş rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının və rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə   bütün orta məktəblərdə  Narkomaniya əleyhinə işlər görülür və Təhsil şöbəsinin, İdman Gənclər idarəsinin təşəbbüsü ilə keçirilən «Narkomaniya ümumbəşəri bəladır» mövzusunda ictimayyət nümayəndələrinin iştirakı ilə maarifləndirici tədbirlər təşkil olunur.

      «Narkomaniyaya yox deyirik!» mövzusunda növbəti tədbir S.Vurğun adına 1 nömrəli şəhər  tam orta məktəbin akt zalında keçirilib 

 
     Ağdaş  Rayon Polis İdarəsi Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları,  narkomaniyanın törətdiyi fəsadlardan danışaraq, yeniyetmələrin pis vərdişlərdən uzaq olmasının vacibliyini qeyd etdilər.Şagirdləri narkomanlardan uzaq durmaq və cəmiyyətdə bu bəlaya qarşı mübarizə aparmaq üçün tövsiyələr, dəyərli məsləhətlər verdilər

      Sonda "Fitnə "filmi nümayiş etdirildi.