11.12.2017

Ulu öndər  Heydər Əlirza oğlu Əliyev azadlıq və istiqlaliyyət carçısıdır

.      Xatırladaq ki, Heydər Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub.
       Öz karyerasına NKVD (Daxili İşlər xalq Komissarlığı) sıralarında başlayan Heydər Əliyev 1967-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) rəhbəri təyin edilib. 1969-cu ildən 1982-ci ilə kimi isə Azərbaycan Kommunist Partiyasının birinci katibi işləyib.
      1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosuna üzvlüyə namizəd, 1982-ci ildə isə üzv seçilib. 1987-ci ildə Kommunist Partiyasının lideri Mixail Qorbaçov onu hakimiyyətdən uzaqlaşdırandan sonra Naxçıvana qayıdan Heydər Əliyev əvvəlcə Naxçıvan Ali Məclisinin sədri, 1993-cü ildə Azərbaycan parlamentinin sədri, o zamankı prezident Əbülfəz Elçibəy Bakını tərk edəndən sonra isə elə həmin il prezident seçilib. Heydər Əliyev 2003-cü il dekabrın 12-də vəfat edib.

      Bu gün H.Əliyev mərkəzinin qarşısında izdiham yaşanırdı.Kiçikdən böyüyə hamı dahi rəhbərin büstü önünə tər çiçəklər düzürdü. Bu tədbirdə rayon  təhsil işçiləri və məktəblilərdə iştirak edirdi.,Unudulmaz rəhbərin xalqın qəlbində və şüürunda buraxdığı böyük izin bariz nümunəsi idi bu izdiham.

Allah rəhmət eləsin.