22.12.2017

Fəal təlim metodlarının tətbiqinə dair seminar keçirilib

     Dekabrın 21 də RTŞ-nin metodisti Şəhla Həmidova rayon ümumtəhsil məktəblərində rus dilinin tədrisi  , fəal təlim metodlarının tətbiqi vəziyyətinin araşdırılması və metodiki dəstəyin gücləndirilməsi məqsədi ilə  keçirtdiyi seminarda rayon məktəblərinin rus dili müəllimləri iştirak edib.. 

     Seminarı qiriş sözü ilə Ş.Həmidova açaraq qeyd etdi ki, biz XXI yüzilin ilk illərini yaşayırıq. Bu gün doğulan, dünyaya gələn uşaqlar, bu gün ilk addımlarını atan körpələr XXI yüzilin son illərinin dünyəvi məsələlərini həll edəcəklər, bəşəriyyəti yaşadacaqlar.   

     Bildiyimiz kimi, məktəb cəmiyyətin sosial sifarişini yerinə yetirməlidir: şagirdləri dərin və hərtərəfli biliklərlə təmin etməli, onlarda bacarıq və vərdişlər formalaşdırmalı, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşə malik olan şəxsiyyət yetişdirməlidir.

     Məhz bütün bunları nəzərə alaraq  ümumtəhsil məktəblərində dünya standartlarına cavab verə biləcək yeni pedaqoji və metodik yanaşmalar, yeni metodik düşüncə tərzi lazımdır.

     Şagirdlərdə özünə inam hissi onda yaranır ki, onlara sinfin və dərsin təşkilində iştirak etməyə icazə verilir, öyrənmədə sərbəstlik verilir və onların fikirləri ictimai müzakirəyə səbəb olur.

Müasir təlim metodlarından və İKT-dən istifadə sinif mühitində dəyişiklik etməyə və müəllimlə şagird arasında, şagirdlərin öz aralarında və məktəblə ev arasında baş verən qarşılıqlı əlaqələr qurmağa imkan yaradır. Son zamanlar Azərbaycanda tətbiq olunan müasir təlim metodikalarından biri olan interaktiv təlim üsullarından və İKT-dən geniş istifadə olunur.

Hər bir müəllim, diqqətlə və ağılla, həmin nəzəriyyələrdən irəli gələn tədris üsullarından istifadə edərək səmərəli öyrənmə və şagirdlərin təhsildə təşəbbüskarlıq göstərməsi üçün təlimat proqramı hazırlaya və tədbiq edə bilər.
      Müasir təlim metodlarından və İKT-dən istifadə cəmiyyətin dəyərli vətəndaşları olmağa hazırlaşan, fəal və hər şeylə maraqlanan şagirdlərin təhsil aldığı siniflərin yaradılmasında müəllimlərə yol göstərəcəkdir. Bu isə dünyanın hər yerində təfəkkürə üstünlük verən müəllimlərin heç vaxt bitib-tükənməyən axtarışları deməkdi

      Müzakirələrə  qoşulan seminar  iştirakçılarıda fəal təlim metod və texnikalarindan istifadə olunmaqla müasir dünyanın tələblərinə cavab verən yeni nəslin yetişdirilməsi yollarıdan söhbət açdılar.Məktəblərdə yeni təlim metodlarından istifadə zamanı ortaya çıxan çətinliklərdən və bu çətinlikləri necə aradan qaldırmaq olar məsələsinə aydınlıq gətirdilər.