28.12.2017

“Elektron təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb  

           Bu tədbirdə  Ağdaş rayon Qaradeyn kənd tam orta məktəbinin direktoru Ağil İsayevdə iştirak edib .O "Beynəlxalq və regionlar arası əməkdaşlıq üzrə ən yaradıcı təhsil layihəsi "nominasiyası üzrə fərqlənib.

      Tədbirdə təhsil naziri vəzifəsini icra edən, nazir müavini Ceyhun Bayramov, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri, qaliblər və KİV təmsilçiləri iştirak ediblər. 

     3 istiqamət və 6 nominasiya üzrə təşkil olunan müsabiqədə şəffaflığın təmin edilməsi məqsədi ilə qiymətləndirmə mərhələləri onlayn təşkil edilib, qəbul edilən işlər üzrə onlayn müzakirələrə şərait yaradılıb, ekspert və münsif heyəti isə müsahibə əsasında müəyyən olunub.

      Müsabiqənin I mərhələsinə təqdim edilən 703 işdən 644-ü II mərhələyə - ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunub və nəticədə 197 iş nominant olaraq III mərhələyə keçib. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərən 26 qalib və 35 fərqlənən namizədlərin siyahısına A.İsayevdə qatılıb.

     Qaliblərə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunub.       

     Qısa vaxtda  A İsayevin 2-ci böyük uğuru- "Elektron təhsil" Respublika müsabiqəsinə təqdim etdiyi “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi.”layihəsi olub.Bu layihə  Fərqlənmə diplomu və hədiyələrlə təltif edilib.