22.01.2018

   20 Yanvar-Qan Yaddaşımız

    Azərbaycan çox fədakar və bir çox zülmətlər görmüş xalqdı. Keçmişdə xarici ölkələrin təcavüzünə məruz qalan bu xalqın çox itkiləri olub. Ölkəmizin 20%torpaqları Erməni faşistləri tərəfindən zəbt olunub, düşmən ayaqları altındadı. Millətimizin ən yaralı yeri Dağlıq Qarabağdı. Bu gün Azərbaycanın ən gözəl ən dilbər güşəsindən biri olan Qarabağ, ermənilərin əlindədi, bu çox ürəkağrıdıcı bir faktdıkı, sırf Azərbaycan torpağı olan Qarabağ indi düşmənin torpağı kimi gələmə verilir, ermənilər o torpağlarımızı həyasızcasına zəbt edib öz adlarına çıxardıllar, o torpağları mənimsəyiblər, amma bu yalandı Qarabağ sırf Azərbaycan torpağıdı, həmişə olub və olacaqda, bu belə qalmayacaq artıq Qələbənin bir addımındayıq, gec tez Qarabağı geri qaytaracayıq, yenə öz torpaqlarımıza dönəcəyik, bununla bağlı artıq tədbirlər də görülür danışıqlarda aparılır.

   Bizim xalq çox səbrli xalqdı, və iradəsini qoruyub saxlamaqdadı. Ancaq elə anlar elə məqamlar olur ki daha susmaq danışmamaq mümkün olmur. Saysız hesabsız itkilərdən başı açılmayan Azərbaycanın xalqının bir qanlı səhifəsidə var ki onu tarixdən silmək qəti olmur. Belə Faciələrdən biridə 20 Yanvardı. Azərbaycan xalqının tarixinə 20 yanvar hadisəsi Qanlı Yanvar faciəsi kimi daxil olubu

   Ağdaş rayon məktəblərində bu faciəylə bağlı silsilə tədbirlər keçirilib, Şəhidlər Xiyabanı ziyarət edilib.

   Allah Şəhidlərimizə rəhmət eləsin .