22.01.2018

Ağdaş rayon Şəmsabad kənd tam orta məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

   Müasir Azərbaycanın istiqlaliyyət yolunun şəhidlik zirvəsinin başlandığı 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qəhrəmanlıq səlnaməsinə yeni səhifə yazıldı. Vətənin igid oğul və qızları qətlə yetirildilər.  Şəmsabad kənd tam orta məktəbində Şəhidlərin əziz xatirəsi uca tutulub və dərin hörmətlə yad olunub.Rayonumuzda  hər birimizin and yerinə çevrilən şəhidlərimizin əziz xatirəsinə salınan xiyabanı ziyarət etməklə başlayıb tədbir .Məktəb rəhbərliyi və şagirdləri həmin Xiyabana gedib Şəhidlərin məzarlarını ziyarət edib tər-çiçək düzüb öz ehtiramlarını bildiriblər.  Ziyarət sonra matəm gününə həsr olunmuş tədbir təşkil edilib. 20 yanvar şəhidlərinin  əziz xatirəsini  bir dəqiqəlik sükutla yad edilib . Bu matəmlə bağlı müxtəlif çıxışlar və nitqlər səsləndirilib