22.02.2018

Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunub 

      Fevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Bu günün qeyd edilməsində başlıca məqsəd dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaqdır.YUNESKO-nun Baş Konfransında 21 fevral Beynəlxalq Ana Dili Günü elan olunub və üzv ölkələrə həmin gün məktəblərdə, universitetlərdə ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilməsi tövsiyə edilib.

      Bu məqsədlə rayonumuzun bütün ümumtəhsil məktəblərində bu günə həsr edilmiş silsilə tədbirlər keçirilib Tədbirdə  müəllimlər şagirdlər və qonaqlar iştirak edib