10.05.2018

   Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib     

       Bu gün Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirib. Ulu Öndər Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı tədbirlərin   keçirilməsi    xoş ənənəyə çevrilib. 

Ağdaş rayon təhsil işçiləri bu ənənəyə sadiq qalaraq , mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirib.

Heydər Əliyev Mərkəzində keçirilən mərasimdə Ağdaş ziyalıları, ictimaiyyət müəllim və şagirdlər  iştirak ediblər..İlk öncə Ulu öndər Heydər Əliyevin abidəsi ziyarər edilib və üzərinə tər çiçəklər düzülüb 

      Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin mənalı ömür yolu və zəngin siyasi fəaliyyətini əks etdirən  deokompozisiya nümayiş etdirilib. 

       Rayon təhsil şöbəsinin müdiri H.Əliyeva Heydər Əliyevin  dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olması ,  öz həyatını doğma xalqına həsr etməsi,  bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmiəsi  haqqında  danışdı  Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas edib. Xalq ona inanıb, onu sevir ,və bütün dövrlərdə ona arxa-dayaq olub.

     Bu gündə Azərbaycan xalqı bir daha Ulu Öndərin əziz xatirəsinə öz hörmət və ehtiramını bildirir..

     Məktəbliləri hazırladıqları geniş konsert proqramı maraqla qarşılanıb.