21.05.2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Ağdaş rayon məktəblilərinin "Bilik sərgisi "keçirilib.

         Mayın 20-də  Ağdaş  rayon təhsil  işilərinin   Heydər  Əliyev   meydanında   Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Bilik sərgisi “keçirilib.

  Tədbirin həyata keçirilməsində əsas məqsəd müasir texnologiyaların və informasiyanın geniş yayıldığı dövrdə gənclərin mütaliəyə marağının artırılmasına, maarifləndirilməsinə və təhsilin  təbliğinə nail olmaqdır.

       Tədbirdə rayon içtimaiyyəti , təhsil işçiləri və məktəbliləri  iştirak edib .

  Bilik sərgisində geniş  sərgi nümayiş etdirilib. “Azərbaycan Xalq Cümhuriyyəti”, “Milli Qəhrəmanlar” , “Xocalı –qan yaddaşımız”, “Aprel şəhidləri” adlı stendləri ictimaiyyətə təqdim olunub.

       Məktəblilərin ifasında səslənən musiqi nömrələri  və rəqslər böyük maraqla qarşılanıb

       Bu tədbirin təşkilində əməyi keçən hər kəsə dərin təşəkkürümüzü bildiririk.