05.06.2018

Rus dili olimpiadasının qalibləri mükafatlandırılacaq

 

Rusiyanın Azərbaycandakı Səfirliyi və ROSSOTRUDNİÇESTVO-nun nümayəndəliyi tərəfindən 06.06.2018-ci il tarixdə saat 12.00-da Bakı Slavyan Universitetində X Rus dili və ədəbiyyatı Olimpiadasının yekunlarına həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə olimpiada

qaliblərinin mükafatlandırılması nəzərdə tutulub. Bununla əlaqədar  Ağdaş şəhər Bəkir Nəbiyev adına 3 saylı məktəbin X sinif şagirdi Asif Ələkbərov və  Qəsil kənd tam orta məktəbin X sinif şagirdi Bəhliyə Əhmədova bu tədbirə dəvət olunublar .