20.08.2018

Ağdaş rayon qəsəbə məktəbinin iki məzunu qızıl medala layiq görülüb

Abdullazadə Tuqay və Abdullayev Tamerlan qardaşları Ağdaş rayon Ləki qəsəbə tam orta məktəbini əla qiymətlərlə bitirərək qızıl medala layiq görülüblər.
 

Məzunlarımız hər ikisi 2017/2018-ci tədris ilində orta məktəbi bitirib ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul üçün keçirilmiş test imtahanlarında 690 bal nəticə görsədərək tələbə adını layiq görülüblər. İngilis dilini mükəmməl bilən Abdullazadə qardaşları Xəzər Universitetində təhsil almağı qərara alıblar.
Niyyətiniz- hara, mənziliniz -ora .Yolunuz açıq, uğurunuz və şansınız bol olsun , əziz uşaqlar .

Təbrik edirik !