03.09.2018

Müəllim ailəsində iki qızıl medalist

     Abdullayev Tamerlan və Abdullazadə Tuqay qardaşları müəllim ailəsində  böyüyb və təhsil alıblar .Ataları Abdullayev Səbuhi uzun illərdiki  Ləki qəsəbə tam orta məktəbində Azərbaycan dili və Ədəbiyyatı müəllimi işləyir.O deyirki , evladları Tuqay və Tamerlan ona  həyatının ən böyük hədiyyəsini veriblər .

     Tuqay evin ikinci evladı olmasına baxmayaraq ,  8-ci sinfi atladığı üçün Tamerlanla eyni  ildə məzun oldu və hər ikisi Qızıl medala layiq görüldü .

     Medala gedən yolda əzmlə və böyük səylə addımlayan Tuqay və Tamerlan dəfələrlə fənn olimpiadalarının , müsabiqələrinin Respublika turunun qalibi olaraq , atalarına həyatının ən böyük hədiyyəsini –Qızıl medalı bəxş etdilər

     Maraqlısı odurki ,hər iki qardaş qəbul imtahanlarında 690 bal toplayaraq Xəzər Universitetinə qəbul olublar .Hər iki qardaş ingilis dilini mükəmməl bildiklərindən   təhsil diini İngiisi seçiblər .

     Bİz inanırıq ki, oxuduqları Ali məktəbində fəxrli tələbəsi olacaqlar .Bu yolda onlara inam , əzm, və bol-bol şans arzulayırıq

 

     Təbrik edirik sizi .Yolunuz açıq olsun!