03.09.2018

Ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib

     Sentyabrın  biri Ağdaş rayon Heydər parkında 2017-2018 ci tədris ilində  Ali məktəblərə qəbul imtahanlarında  yüksək nəticə görsədərək, tələbə adına layiq görülmüş məzunlarla görüş keçirilib .

      Görüş Ağdaş RTŞ-nin təşkilatçılığı və ümumtəhsil məktəb kollektivlərinin dəstəyi ilə təşkil olunmuşdu .

      Tədbirdə rayon ictimaiyyəti ,ziyalıları , təhsil işçiləri və 300 yaxın  tələbə adına layiq görülmüş məzunlar  iştirak edirdi

     Tədbiri çıxış sözü ilə Təhsil şöbəsinin müdiri Hürü  xanım Əliyeva açıq elan etdi . O məzunları tələbə adları ilə təbrik etdi və  qeyd etdiki bu il məktəbi bitirmiş 774 məzunun 285   nəfəri –onlardan 67 nəfəri 500- dən yuxarı , o cümlədən :16 nəfəri 600 dən yuxarı nəticə görsədərək  Respublikanın müxtəlif Ali məktəblərinə qəbul olublar . 2017-2018 ci tədris ilində  məzunlarımızın 3 Qızıl biri isə Gümüş medala layiq görülüb .Bu böyük nailiyyətdir .

     Sonra  təbrik üçün söz qonaqlara verildi

      Çıxış edənlər məzunları bu yüksək ada layiq görülmələri  münasibəti ilə təbrik etdilər , onlara həyatda  bol şans və uğur arzuladılar

      Çıxışlardan sonra meydan gənclərə verildi . Onlar öz ürək sözlərini dedilər , arzuları ilə bölüşdülər , rəqs etdilər .   

      Tədbirə  gənclərimizin bu sevincində , nailiyyətlərində və uğurunda əməyi keçən müəllim və valideynlərin rəqsi ilə son verildi

       Yolunuz açıq ,məqsədiniz aydın olsun ,əziz məzunlarımız .

        Təbrik edirik !