15.10.2018

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi

     "Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi" layihəsinin ideya müəllifi və təlimçi-koordinatoru c.ü.f.d. Aqil İsayev layihənin işrasına Ağdaş müəllimləri ilə başladı.
     Aqil müəllim Ağdaş rayon Qaradeyin kənd tam orta məktəbin direktoru vəzifəsində çalışır .O elmli coğrafiya müəllimi, “Ən yaxşı müəllim”, “Elektron təhsil” Respublika müsabiqələrinin qalibidir .

Əzizimiz Aqil müəllim , sizə elmə .tərəqqiyə gedən yolda uğur və bol-bol şans arzulayırıq !

Layihə haqqında........

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi" çərçivəsində "Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi" layihəsinin icrasına başlanılmışdır. Layihə AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlığı çərçivəsində həyata keçirilir.

    Ağdaş şəhərində icrasına başlanan layihənin plana uyğun olaraq daha sonra Mingəçevir, Bərdə və Yevlax şəhərlərində davam etdirilməsi nəzərdə tutulur. Bu rayonların ümumtəhsil məktəblərində çalışan coğrafiya müəllimlərinin cəlb olunduğu təlimlər hər rayon üzrə 50 akademik saat həcmində keçiriləcəkdir.

    Layihənin rəhbəri Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbinin coğrafiya müəllimi Camal Bərxudarov, ideya müəllifi, təlimçi-koordinator, c.ü.f.d. Aqil İsayev Ağdaş rayon Qaradeyin kənd tam orta məktəbin direktoru, coğrafiya müəllimi, “Ən yaxşı müəllim”, “Elektron təhsil” Respublika müsabiqəsinin qalibi, eksperti c.ü.f.d. Qalib Rüstəmov, təlimçilər isə Coğrafiya İnstitutunun əməkdaşları Yaşar Nəsibov və Emil Cəbrayılovdur.

   Ağdaş rayonunun ümumtəhsil müəssələrində çalışan coğrafiya müəllimlərinə bu istiqamətdə təlimi c.ü.f.d. Aqil Nadir oğlu İsayev aparmışdır.

Ümumtəhsil məktəblərində elektron xəritələrin və multimedia resurslarının olmaması coğrafiya müəllimləri üçün müəyyən çətinliklər yaradır. Orta məktəb dərsliklərində Coğrafi İnformasiya Sistemləri haqqında məlumat verilsə də müəllimlərin bu sahədəki məlumatsızlığı və praktik təcrübələri olmadığı üçün müxtəlif çətinliklərlə üzləşirlər. Eyni zamanda informasiya cəmiyyətinin tələblərindən olan elektron xəritələrdən istifadə bacarığının ilkin səviyyəsi orta məktəblərdə formalaşdırılmasının vacibliyi də əsas problemlərdən biridir. Coğrafiya müəllimləri bu sahə üzrə inteqrativliyi təmin etməkdə çətinlik çəkirlər.

Nəzərə alsaq ki, müharibə şəraitində yaşayırıq və məktəbi bitirdikdən sonra ordu sıralarına gənclərimiz gedir, onlar üçün elekron xəritələrdən istifadə bacarığı formalaşdırılmalıdır. Aprel döyüşlərində ordumuzun parlaq qələbəsində elektron xəritələrdən istifadə olunması bu sahədə daha geniş işlərin görülməsini vacib olduğunu göstərir. Elektron xəritələrin müxtəlif sahələrdə (hərbi sahədə, iqtisadiyyatda, turizmdə, kənd təsərüfatında və s.) tətbiqi son zamanlar daha çox artdığı üçün bu sahədə region müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması qarşıda duran əsas problemlərdəndir və günün aktual mövzusudur. Məhz bu baxımdan, layihənin keçirilməsində məqsəd region müəllimlərinin informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə Coğrafi İnformasiya Sistemləri üzrə bilik və bacarıqlarının inkişaf etdirilməsidir. Müxtəlif multimedia resurslarından istifadə etməklə coğrafiya dərslərində əyaniliyin artırlmasına və təlim nəticələrinin əldə edilməsinə nail olmaq əsas vəzifə kimi qarşıya qoyulmuşdur. Təlimlərin keçirilməsi ixtisas müəllimlərinin böyük marağına və diqqətinə səbəb olmuşdur. Eyni zamanda iştirakçılara Coğrafi İnformasiya Sistemlərinin mahiyyətinin tam başa düşmək üçün təlim vəsaiti paylanılmışdır.

    Möhtərəm prezidentimiz İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında” təhsil verənlərin innovativ təlim metod və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsi, təhsil müəssisələrində informasiya komnukasiya texnologiyaları əsaslı təlim metodologiyasının tələblərinə uyğun infrastruktrun yaradılması göstərilmişdir. Bu strategiyada göstərilən digər strteji hədəf və tədbirlər İKT-nin təlim fəaliyyətində uğurlu tətbiqinə daha da əlverişli şərait yaradacaq.

Layhənin yerinə yetirilməsi zamanı aşağıdakı nəticələri almaq olar.

1. Tədrisdə yeni təlim texnologiyalarını tətbiq etməklə təhsilin keyfiyyətini yüksəldəcək.

2. Coğrafiya müəllimlərinin müxtəlif məzmunlu elektron xəritələrdən, multimedia resuslarında və yeni təlim texnologiyalarından istifadə bacarıqlarını təkmilləşdiriləcək.

3. Şagirdlərin təlimə marağı artacaq.

4. Coğrafiya fənninin tədrisində inteqrativliyin təmin olunması istiqamətlərinin təmin edilməsi daha da genişlənəcəkdir.

Belə hesab edirəm ki, bu layihənin həyata keçirilməsi təhsilimizin davamlı inkişafının təmin olunmasına öz müsbət töhvəsini verəcəkdir.