12.11.2018

Ağdaşda  Bayraq  günü qeyd edilib

   Noyabrın   8-də rayonun Bayraq Meydanı və Heydər Əliyev Mərkəzində Dövlət Bayrağı günü münasibətilə bayram tədbiri keçirilib.Tədbirdə rayon ictimaiyyəti , təhsil işçiləri və məktəblilər iştirak edib.
   Tədbir iştirakçıları Dövlət Bayrağı meydanında məktəblilərin təqdimatında bayram konsertinə baxıblar . 
   Bir neçə saat davam edən bayram konsertindən sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirilib. İştirakçılar Dövlət Bayrağı gününə həsr olunmuş gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisinə tamaşa ediblər.