20.11.2018

Ağdaş rayonunda tur-aksiyaya start verilib

   Bu gün Heydər Əliyev mərkəzinin önündə bayram abu- havası yaşanırdı . Rayonumuzun seçilmiş 40 şagirdi “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınırdı.
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə keçirilən “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçılarını Rayon İcra Hakimiyyətinin başçısı cənab Tofiq İbrahimov , Milli Məclisin deputatı Cavid Osmanov ,digər icra apparatı nümayəndələri, RTŞ-nin apparat işçiləri, məktəb rəhbərləri və valideynlər yola salırdı.

İlk öncə İcra Hakimiyyəti apparatının akt zalında görüş keçirildi Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov   Milli Məclisin deputatı Cavid Osmanov , RTŞ-nin müdiri Hürü Əliyeva və digərləri çıxış edərək bu tur aksiyanın gələcəyimiz olan gənclərin maariflənməsində böyük rol oynadığını və ölkə Prerzidenti cənab İlham Əliyevə bu diqqət və qayğıya görə böyük minnətdarlıq hissi keçirtdiklərini söylədilər

Çıxış edənlər bütün şagirdlərə uğurlu yol və səmərəli istirahət arzu etdilər
   Daha sonra Heydər Əliyev Mərkəzinin qarşısında "Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının bütün iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər , xatirə şəkli çəkdirdilər. 
    Sonra dövlət yol polisinin müşayiəti ilə xüsusi avtobusla şimal-qərb bölgəsinə yola düşdülər