13.12.2018

Zonalar üzsrə seminarlara start verilib

"Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə "Azərbaycan Respublikasının Təhsil  Naziri C.Bayramovun 14.08.2018- ci il tarixli , F-550 nömrəli əmrinin icrası və təhsil sahəsində innovasiyaların , yeni təlim texnologiyalarının dərs prosesində tətbiqi ilə əlaqədar rayon Təhsil Şöbəsinin müdiri H.Əliyeva, RTŞ-nin məsləhətçiləri , Baş mühasib , Metodik kabinetin müdiri və metodistləri , qabaqcıl və təlimçi müəllimlərdən ibarət heyətin iştiraki ilə müəllimlərə metodiki köməklik göstərilməsi məqsədilə zonalar üzrə ümumtəhsil məktəblərində seminarlar və buraxılış siniflərində oxuyan şagirdlərin valideynləri ilə görüşlərin keçirilməsinə start verilib .

03.12.2018-ci il tarixdə Pirəzə kənd tam orta məktəbində Pirəzə , Abad , Ağzıbir, Kotavan , Xınaxlı kənd tam orta məktəblərinin pedaqoji kollektivi, 07.12.2018-ci il tarixində  Ərəbşəki kənd tam orta məktəbində Qaradeyn, Eymur, Qəribli məktəblərinin pedaqoji kollektivi. 11.12.2018- ci il tarixdə isə Dəhnəxəlil kənd tam orta məktəbində Dəhnəxəlil ,Ağcayazı kənd tam orta  və Türyançay kənd ibtidai məktəbinin kollektivi və valideynləri ilə görüşlər təşkil edilib , seminarlar keçirilb. Seminarda müəllimləri düşündürən suallar ətrafında polemikalar aparılmış və bütün verilmiş suallar cavablandırılmışdır 

Növbəti görüşün Qəsil kənd tam orta məktəbində Qəsil, Xosrov, Aral bir və Aşağı qəsil kənd ibtidai məktəblərinin kollektivlərinin iştirakı ilə keçirilməsi planlaşdırılıb.