21.12.2018

Zonalar üzrə seminarlar davam edir

 

"Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə "Azərbaycan Respublikasının Təhsil Naziri C.Bayramovun 14.08.2018- ci il tarixli , F-550 nömrəli əmrinin icrası və təhsil sahəsində innovasiyaların , yeni təlim texnologiyalarının dərs prosesində tətbiqi ilə əlaqədar rayon Təhsil Şöbəsinin müdiri H.Əliyeva, RTŞ-nin məsləhətçiləri ,Metodik kabinetin müdiri və metodistləri , qabaqcıl və təlimçi müəllimlərdən ibarət heyətin iştiraki ilə müəllimlərə metodiki köməklik göstərilməsi məqsədilə zonalar üzrə ümumtəhsil məktəblərində seminarlar və buraxılış siniflərində oxuyan şagirdlərin valideynləri ilə görüşlərin keçirilməsi zonalar üzrə davam edir.

19.12.2018-ci il tarixdə Yuxarı Ləki kənd tam orta məktəbində Yuxarı Ləki, Yenicə , Güvəkənd kənd tam orta məktəblərin , Binələr kənd ibtidai məktəbin pedaqoji kollektivi və valideynləri ilə seminar keçirilib. Seminarda müəllimlərlə təlimçilər və metodistlər arasında fikir mübadiləsi aparılıb