11.02.2019

Unutsaq-unudularıq .Ağdaş rayon R.Hacıyev adına Qəsil kənd tam orta məktəbində anım tədbiri keçirilib

    Bu gün Qəsil kənd tam orta məktəbində bir izdiham var idi.
    Bu, çox müqəddəs və əvəzsiz olan Vətənimə, onun yolunda Şəhid olan Ramiz Hacıyevin anım tədbiri idi

   Mənim üçün insan Allahın yaratdıqları içərisində ən seçilmişlərdir. İnsanlara yaradan tərəfindən bəxş edilən şüur, təfəkkür, bir sıra hiss və duyğuları onu digər canlılardan fərqləndirməklə yanaşı, daha da dəyərli edir.
    İnsanlara bəxş edilən ən müqəddəs duyğulardan biri də onun Allahına, dininə, vətəninə,
 millətinə, haqqa və ədalətə olan sonsuz sevgisidir. O sevgi ki, insanları bu dəyərləri uğrunda ölməkdən belə çəkindirmir.
    Məhz bu hisslər və dəyərlərə olan münasibətlə Allah insanları sınağa çəkir. Onun sadiqliyini, onun yaradana olan şükrünü imtahan edir.
    Nə xoşbəxtdir o insanlar ki, Allahın imtahanından layiqincə çıxır və Ona nə qədər sadiq bir bəndə
olduğunu sübut edir. Öz ölümü bahasına belə olsa

   Allah və dini yolunda, Vətən və milləti uğrunda canı, malı, namus və şərəfi ilə ölənlərə ŞƏHİD deyilir.
   Şəhid yüksək amal, məslək, əqidə, din və ya inam uğrunda ölən, canını fəda edən adam deməkdir .
Bu izdihamın içində Ramiz Hacıyevin ruhu qəlblərdə dolaşırdı.
Bizi və yetişməkdə olan gənc nəsilləri Vətəninə ,dövlətinə və dövlətçiliyinə xidmət etməyə sövq edirdi.

Şəhidlər ölmür Onlar hər birimizin qəlbində ,ruhunda və əməlində yaşayır və yaşayacaq.