08.03.2016

8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Ağdaş RTŞ-da tədbir keçirilmişdir.

            7 mart 2016-cı ildə Ağdaş Rayon Təhsil Şöbəsində 8 mart beynəlxalq qadınlar günü bayramı qeyd edilib.

Bayram münasibətilə Ağdaş Rayon Təhsil Şöbəsin-də süfrə ətrafında keçirilən tədbirdə Ağdaş Rayon Təhsil Şöbəsi-nin qadınlardan ibarət idarə heyəti,şəhər-kənd məktəblərinin yaşlı qadın direktorları və qadın müəllimələri iştirak edib.İlk öncə Ağdaş RTŞ-nın müdiri Hürü Əliyeva çıxış edərək bildirib ki,
8 mart Beynəlxalq Qadınlar Bayramı təkcə ölkəmizdə deyil,eyni zamanda digər ölkələrdə də qeyd edilməkdədir.Tədbir digər qonaqların çıxışları ilə çay süfrəsi ətrafında davam etmiş, sonda isə Hürü Əliyeva tərəfindən gələn qonaqlara hədiyyələr təqdim edilmişdir.


Açar sözlər: