28.09.2017

Ağdaş RTŞ-nin 2017-2018-ci tədris ili üzrə fəaliyyət devizi

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təhsilin keyfiyyəti başlıca strateji prioritet elan olunmuş, ümumi təhsil müəssisələrinin şagird və məzunlarının keyfiyyət göstəricilərinin yaxşılaşdırılması aktual məsələ kimi irəli sürülmüşdür.

21.09.2017

21 Sentyabr -Beynəlxalq Sülh günüdür

     21 sentyabr Beynəlxalq Sülh günüdür. BMT bu günü 1981-ci ildə təsis edib. İlk sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Kralıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu tarixi ümumdünya atəşkəs günü elan edib.

21.09.2017

15 sentyabr -Bilik günüdür 

   Azərbaycanda 15 Sentyabr tarixi Bilik günü kimi qeyd olunur.Bu gün 2004-cü ilə qədər sentyabrın 1-nə təsadüf edirdi.Lakin Prezident İlham Əliyevin 21 avqust 2004-cü il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil ocaqlarında dərslərin 15 Sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gün Bilik günü kimi qeyd olunmağa başlanıb.

08.09.2017

07.09.2017 -ci il tarixdə Ağdaş rayon Təhsil işçilərinin konfransı keçirilib

 

       Azərbaycan Respublikası Təhsil naziri Mikayıl Cabbarov təhsil işçilərinin 2017-ci il sentyabr konfranslarının keçirilməsi haqqında müvafiq əmr imzalayıb. Əmrə əsasən, konfranslar 2017-2018-ci dərs ilində ümumi təhsil sahəsində qarşıda duran aktual vəzifələri müzakirə etmək və müvafiq təkliflər hazırlamaq məqsədilə təşkil olunacağı nəzərdə tutrulub.

22.08.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir

Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Bu mərhələdə  müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək.

Ətraflı
01.08.2017

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edib

Avqustun 1-də təhsil naziri Mikayıl Cabbarov Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edib.

Ətraflı
31.07.2017

Təhsil naziri Tovuz şəhərində vətəndaşları qəbul edib

İyulun 31-də təhsil naziri Mikayıl Cabbarov Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində Qazax, Ağstafa, Tovuz, Şəmkir və Gədəbəy rayon sakinlərini qəbul edib.

Ətraflı
25.07.2017

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi başlayıb

İyulun 25-də ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verilib. 

Ətraflı
24.07.2017

Modul tipli məktəblərin quraşdırılması davam edir

Ölkəmizdə modul tipli məktəblərin quraşdırılması davam edir.

Ətraflı
24.07.2017

Təhsil naziri Zaqatala şəhərində vətəndaşları qəbul edəcək

Təhsil naziri Mikayıl Cabbarov 1 avqust 2017-ci il tarixində saat 11:00-da Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Balakən, Qax, Zaqatala, Qəbələ, Oğuz və Şəki rayon sakinlərini qəbul edəcək.

Ətraflı
14.06.2017

Bu il XI sinifləri 84 088 nəfər şagird bitirir

2016-2017-ci tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 110 638 nəfər, XI siniflərini 84 088 nəfər, qiyabi  (axşam) ümumtəhsil məktəblərini isə 723 nəfər şagird bitirəcək.

Ətraflı
09.06.2017

“Son zəng”in keçirilməsi haqqında əmr

Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, "Son zəng" tədbiri iyunun 14-də yalnız ümumi təhsil müəssisələrinin ərazisində təşkil olunacaq.

Ətraflı