Əliyeva Hürü Molla qızı 1959-cu ildə Ucar rayonunun  Qaradağlı kəndində anadan olub.

 1982-ci ildə APİ-nin kimya-bialogiya fakultəsini  bitirib.Elə həmin il Ağdaş rayon Ağzıbir kəndinə  müəllim təyin olunub.

 1986 - cı ildə fəaliyyətinə görə Azərbaycan LKGİ-nin  Ağdaş rayon komitəsinin ikinci katibi ,

 1987-ci ildən Rayon partiya komitəsində təlimatçı  vəzifəsində çalışıb.

 1989 - cu ildə S.M.Kirov adına orta məktəbə tərbiyə  işləri üzrə direktor müavini təyin edilib.

 1995-ci ildə yeni təşkil edilmiş 3 saylı beynəlmiləl  orta məktəbə direktor təyin edilib.

 2004 - cü il tarixdən ‘’Dövlət qulluğu haqqında Azərbaycan Respublikası Qanununun 286 - cı maddəsinə əsasən Dövlət qulluguna qəbul edilərək rayon Təhsil Şöbəsinin müdir müavini vəzifəsinə  təyin edilib.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 aprel 2016-cı il tarixli 01-09-2659/16 razılıq məktubu və

Ağdaş rayon İcra hakimiyyəti başçısının əmri ilə Ağdaş rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Ailəlidir .Bir övladı var.