27.04.2021

Fənn müsabiqələrinin I mərhələsi keçirildi.

 

             VI-VII sinif şagirdləri arasında VI respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilmişdir.

            Aprelin 26-da Ağdaş rayonu ərazisində fəaliyyət göstərən məktəblərin VI sinif şagirdləri üçün riyaziyyat və informatika fənləri üzrə imtahan prosesi təşkil edilib. Fənn müsabiqəsində 174 nəfər şagird iştirak edib. Aprelin 27-də isə 188 nəfər VII sinif şagirdlərinin iştirakı ilə  fizika, kimya və biologiya fənləri üzrə imtahan prosesi təşkil edilmişdir.Fənn müsabiqələrinin yekun nəticələrinə (Respublika mərhələsinin nəticələrinə) əsasən, yeni tədris ili üçün beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin dinləyiciləri müəyyən ediləcək.

 Qeyd edək ki, fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

 


Açar sözlər: ,  ,