Azərbaycan Gənclər Fondu (Azerbaijan Youth Foundation)tərəfindən keçirilən ölkənin ən böyük gənclər festivalı “Yay Fest” 2 illik fasilədən sonra yenidən gəncləri sevindirir. Festivalın iştirakçılarından biri olan ve 2-ci yerə laiq görülən Ağdaşın yetirməsi Samir Abdullayev Azərbaycanda xərçənglə mübarizə apararaq universitete qəbul olan ilk tələbədir.
X sinifdə oxuyarkən xərçəng xəstəliyindən əziyyət çəkən və 3 ilə yaxın xəstəxanada qalaraq əməliyyat, kimya terapiyalar alan gəncimiz bütün bunlara rəğmən istədiyi ali məktəbə- Azərbaycan Turizim və Menecment Universitetinə qəbul olmuşdur.Hazırda universitetin ən aktiv, ən fəal tələbələrindən olan Samir qrup koordinatorudur. Samir Abdullayevi Ağdaş təhsil ictimaiəti adından əldə etdiyi uğurlar münasibətilə təbrik edir, uğurlar arzu edirik.