18.09.2021

Ağdaşda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Ağdaşda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr göstərərək tələbə adını qazanmış gənclərlə görüş keçirilib.Görüşdə Ağdaş Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Rayon Təhsil Şöbəsinin müdiri, həmçinin 2020-2021-ci tədris ilində 600 baldan yuxarı nəticələr göstərmiş tələbələr və təhsil aldıqları ümumtəhsil müəssisə rəhbərləri iştirak ediblər.

Çıxış edənlər Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, rayonda bir çox ümumtəhsil məktəblərində aparılan əsaslı təmir və yenidənqurma işlərindən, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsindən danışıblar. Ölkədə təhsil sahəsində görülən işlərdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun rolu da vurğulanıb.Bildirilib ki, koronavirus pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, 2020-2021-ci tədris ilindəAgdaş rayonunun orta ümumtəhsil məktəblərindən ali məktəblərə qəbul olmaq üçün sənəd təqdim edən məzunlardan 277 nəfər tələbə adını qazanmışdır. Onlardan 7nəfər 600-dən yuxarı ,43 nefer  ise 500-600 intervalinda  bal toplayıb. Rayon üzrə ən yüksək nəticəni isə Tofiqi  kənd tam orta məktəbinin məzunu Vahabova Dilşad  (661,7)göstərib.

Məzunlar respublikamızda təhsilin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.2020-2021-ci tədris ilində ali məktəblərə keçirilən qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərdiklərinə görə bir qrup məzun fəxri fərmanla təltif olunub və onlara qiymətli hədiyyələr təqdim edilib.

 

  


Açar sözlər: ,  ,  ,