13.10.2021

Bədən tərbiyyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon idmançılarının tanıdılması məqsədilə görüş keçirilmişdir.

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri Ictimai birliyinin birgə imzaladığı əsasnaməyə əsasən “Çempionumuz” layihəsi çərçivəsində  13 oktyabr 2021-ci il tarixində Ağdaş rayon Nizami Gəncəvi adına 2 saylı tam orta məktəbində Budo doyüş növləri üzrə uşaqlar və yeniyetmə idmançılar arasında Dünya Kubokunun 2 qat mükafatçısı, Dünya kəmərinin sahibi,uşaqlar və yeniyetmələr arasında 5 qat Azərbaycan çempionu, Heydər Əliyev Kubokunun sahibi, BAKU OPEN Beynəlxalq turnirinin 3-cü yerin sahibi, Hapıtlı kənd ümumi orta məktəbinin V sinif şagirdi Yusifli Nuran İlqar oğlu ilə məktəblilərin görüşü keçirilmişdir.

Tədbirdə Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva,Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi Azad Gözəlov,UGİŞM- nin direktoru Vüsal Davudov, Budo döyüş növü üzrə rayonumuzun məşqçi-müəllimi Xəyyam Mustafayev layihə ətrafında çıxışlar edərək, Yusifli Nuran İlqar oğlu haqqında, idmanda qazandığı uğurlardan danışaraq məktəblilərin diqqətinə çatdırdılar.

Layihənin əsas məqsədi bədən tərbiyyəsi və idman sahəsində maarifləndirmə işinin artırılması və idman sahəsində nailiyyət qazanmış rayon idmançılarının tanıdılmasıdır.Sonda qalib şagirdimiz RTŞ müdiri Hürü xanım Əliyeva tərəfindən Fəxri fərmanla mükafatlandırılmış və iştirakçılarla xatirə şəkli çəkilib.


Açar sözlər: ,  ,