Təhsil Nazirinin F-429 nömrəli əmri ilə təsdiqlənmiş “27 sentyabr Anım Günü və 8 noyabr Zəfər Günü ilə bağlı Tədbirlər Planı”na əsasən Ağdaş şəhər Nizami adına 2 saylı tam orta məktəbin IX-X sinif şagirdlərinin iştirakı ilə tarix müəllimi Bayram müəllim “Dəyirmi masa” təşkil etmişdir .
"Dəyirmi masa" da işğaldan azad edilmiş bölgələrin tarixi, coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri, həyata keçirilən quruculuq işləri barədə şagirdlərlə birlikdə geniş müzakirə təşkil edilmişdir.